22 Yanvar 2018 18:19
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi), Masazır qəsəbəsindəki "Zəli gölü" və “Qır gölü” adlanan ərazilərdə sürüşmə prosesinin dinamikasında aktivləşmə müşahidə edilir.

Teleqraf.com xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, sürüşmə sahəsindəki çatların parametrləri artıb: “Adları sadalanan bütün bu yerlərdə sürüşmə aktiv fazadadır. Prosesin dinamikası aktivləşdiyindən çatların uzunluğu və eni artıb. Çatlarda 1-2 sm genişlənmə var”.

R.Həsənov qeyd edib ki, Bakının Binəqədi rayonunun, Sabunçu rayonunun Maştağa qəsəbəsinin bəzi ərazilərində, Savalan qəsəbəsində, Yeni Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi”ndə və Abşeron rayonunun Masazır qəsəbəsində Mirzə İbrahimov küçəsi boyunca subasma hadisələrində akltivlik müşahidə edilib:

“Burada atmosfer yağıntılarının təsirindən qrunt sularının qalxması nəticəsində əraziləri su basıb”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər