28 Yanvar 2018 13:43
1 984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyərtəsində Yunanıstanın Müdafiə naziri Panos Kammenosun da olduğu hərbi gəmi Türkiyə sularına buraxılmayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yunan gəmisi Kardak adasına əklil qoymaq üçün Türkiyə sularına daxil olmaq istəyib.

Türkiyə tərəfinin xəbərdarlığından sonra Yunanıstana məxsus hərbi gəmi türk sularını tərk edib.

Qeyd edək ki, Kardakla bağlı gərginlik 22 ildir davam edir. 1995-ci il dekabrın 25-də Figen Akar adlı türk gəmisi kardak yaxınlığında quma oturub. 1996-cı il yanvarın 26-da yunanlar bu gəmini özünkilədirmək istəsə də, buna nail ola bilməyib.


Müəllif: Samir

Oxşar xəbərlər