29 Yanvar 2018 15:03
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya paytaxtı Moskada Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən silahlı insident baş verib.

Qətl Kutuzov prospektində, “Slavyanskiy bulvar” metrostansiyasının yaxınlığında yerləşən keçidin ətrafında dünən axşam saatlarında törədilib.

Məlumata görə, üç nəfər arasında yaranan mübahisə tezliklə silahlı insidentə keçib. Kişilərdən biri travmatik tapança ilə digərlərinə atəş açıb. Nəticədə, Azərbaycan vətəndaşı, Sumqayıt şəhəri sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Mahira aldığı güllə yarasından hadisə yerində ölüb. Əli Həsənov isə yaralanıb.

Cinayətkar hadisə yerindən qaçaraq gizlənib. Qətl faktı üzrə cinayət işi qaldırılıb./Publika.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər