11 Fevral 2018 11:34
2 787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yeni Yasamal qəsəbəsində qəribə avtomobil qəzası baş verib.

"Kia" markalı maşın məhləarası yolda digər avtomobilin üzərinə düşüb.

Hadisə şahidlərinin bildirdiyinə görə, sürətlə hərəkət edən avtomobil yoldan çıxaraq yolun kənarında dayanan avtomobilə və binaya çırpılıb.

Qəzadan sonra maraqlı görüntü ortaya çıxıb. Sosial şəbəkələrdə xeyli insanın diqqətini çəkən video qısa zamanda minlərlə baxış toplayıb.

Qəza zamanı xəsarət alanların olub olmadığı hələlik məlum deyil.

Qəzadan görüntüləri təqdim edirik:


Müəllif: Teleqraf.com