19 Fevral 2018 20:11
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan paytaxtı İrəvanda Rusiyaya məxsus “VTB Bank”ın filiallarından birinə silahlı hücum olub.

Teleqraf.com xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Edqar Canoyan bankın Baqramyan prospekti 56 ünvanında yerləşən filialına hücum edildiyini təsdiqləyib.

Saat 16 radələrində edilən hücum zamanı bankın siqnalizasiyası işə düşüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər