Türkiyənin Sivas şəhərinin Şeyz Şamil məhəlləsində dünən axşam saatlarında 63 yaşlı ata A.T.K. və 29 yaşlı oğlu İsmail K. (29) arasınma bəlli olmayan səbəbdən mübahisə baş verib.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, mübahisə böyüyüb və ata silahla oğlunun başına atəş açaraq onu öldürüb.
Hadisədən sonra A.T.K silahla polisə təslim olub. Faktla bağlı araşdırma aparılır.