2 Mart 2018 10:29
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğın söndürülüb.

Teleqraf.com xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Daxili İşlər naziri Ramil Usubov, Baş prokurorun birinci müavini Rüstəm Usubov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Səhiyyə naziri Oqtay Şirəliyev hadisə yerinə gediblər.

Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın hadisəsi baş verib. İlkin məlumata görə, yanğın nəticəsində 24 nəfər ölüb, daha 3 nəfər zəhərlənib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər