Ötən ilin istehsalatla əlaqəli sayılan 151 bədbəxt hadisənin təhqiqatı aparılıb ki, onlardan 11 hadisə qrup halında baş verib.
Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Hesabatda verilən məlumata görə, baş vermiş hadisələr nəticəsində 61 nəfər həyatını itirib, 121 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İqtisadi fəaliyyət sahələri üzrə istehsalatla bağlı bədbəxt hadisələrin daha çox tikintidə (24%), emal sənayesində (17,5%), nəqliyyatda (12,5%), mədənçıxarmada (14%), energetikada (5%) və digər sahələrdə (27%) baş verməsi müəyyən edilib.
Tikinti sektorunda 36 bədbəxt hadisə baş verib (onlardan qrup halında 1 hadisə qeydə alınıb) və bu hadisələr zamanı ölənlərin sayı 17 nəfər, xəsarət alanların sayı isə 24 nəfər olub.