14 Mart 20:26

ABŞ-da energetik içki alan Coş Henley adlı şəxs aldığı məhsulun qabında ölü siçan tapıb.

O, içkini Arkansas şəhərindəki yanacaqdoldurma məntəqəsindəki marketdən alıb. İçkinin yarısını içdikdən sonra qalan suyu yerə tökmək istəyərkən qabda yad maddənin olmasından şübhələnib. C.Henley qabı kəsərək içərisindən çıxardığı ölü siçanı sosial şəbəkədə nümayiş etdirib.

O, siçanın içkinin qabına girməsinin mümkün olmadığınını bildirib və hər kəsi energetik içki alarkən diqqətli olmağa səsləyib.


Müəllif: Teleqraf.com
Загрузка...