ABŞ Prezidenti Donald Trampın seçki qərargahının sabiq rəhbəri Pol Manafort həbs edilə bilər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Manafort vəzifə səlahiyyətlərini aşma və çirkli pulların yuyulmasında ittiham edilir.
Günahı sübuta yetirilərsə, onu 305 ilə qədər həbs cəzası gözləyir.
Virciniya məhkəməsi Manafortun işinə iyulun 10-da baxacaq.