25 Mart 2018 15:28
1 702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonuun Köhünlü kəndində 1 nəfər Kür çayında batıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Məlum olub ki, Kür çayında batan 1989-cu il təvəllüdlü Maqsud Zamanovdur.

Onun cəsədi dalğıc-axtarış qrupu tərəfindən batdığı ehtimal edilən yerdən 100 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər