Bakının Qaradağ rayonunda yanğın olub.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 55 kv.m olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 5 kv.m sahədə əriyib.
Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.