8 Aprel 2018 12:25
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Muenster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Teleqraf.com xəbər verir ki, bu sözləri APA-ya açıqlamasından Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Almaniya polisindən səfirliyimizə verilən məlumata görə Muenster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşı yoxdur.

Qeyd edək ki, aprelin 7-də Almaniyanın Münster şəhərində sürücünün idarə etdiyi yük avtomobili bir qrup insanın üstünə sürüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Xəsarət alanlardan 6 nəfərin vəziyyəti ağırdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər