Hacıqabulda yol qəzası baş verib.
Teleqraf.com-un məlumatına görə, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb.
“Tofaş” markalı "10 CC 011" dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb.
Sürücü - Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 3 yaşlı uşağı isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.