5 İyul 2018 08:28
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzərin Qaradağ rayonu sahilində 4 yaşlı uşaq batma təhlükəsindən xilas edilib.

Teleqraf.com xəbər verir ki, hadisə dənizin Səngəçal qəsəbəsi ərazisində qeydə alınıb.

2013-cü il təvəllüdlü İslamzadə Ayan Ramin qızı valideyn nəzarəti olmadan dənizdə batma təhlükəsi ilə üzləşib. O, atası İslamzadə Ramin tərəfindən sudan çıxarılıb.

Vəziyyəti pisləşən uşaq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt araşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər