15 İyul 2018 18:54
1 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

FHN bu gün gündüz saatlarında Xırdalanda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Teleqraf.com-un verdiyi xəbərə əsasən, məlumatda qeyd olunur ki, Abşeron rayonu, Xırdalan şəhərində ticarət mərkəzinin ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb. Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

15:17

Abşeron rayonunda ticarət mərkəzində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, yanğın rayon ərazisindəki "Riyad" Ticarət Mərkəzindəki mebel dükanının anbarında başlanıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Hələlik yanğının qarşısını almaq mümkün olmayıb.


Müəllif: Teleqraf.com