Türkiyənin Konya şəhərində həyat yoldaşından boşanmış Azərbaycan əsilli qadını sevgilisi güllələyib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, insident yerli vaxtla 09.30-da Karatay qəsəbəsində qeydə alınıb.
Məlumata əsasən, ötən gün 3 uşaq anası olan Sahibə Yüksəlir (50 yaş) 4 ildir sevgili olduğu Rahim A.-nın (46 yaş) iş yerinə gedib. Qadın Rahimdən xanımından boşanıb onunla evlənəcəyi ilə bağlı verdiyi vədə əməl etməsini istəyib. Mübahisə nəticəsində hadisə yerinə polis gəlib. Sevgililər bir-birindən şikayətçi olmadıqlarını bildiriblər.
Bu gün isə avtomobillə iş yerinə gələn zaman Rahim Sahibəyə tapança ilə 8 güllə vurub və onu maşından çölə ataraq hadisə yerindən uzaqlaşıb.
Ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılan qadını xilas etmək mümkün olmayıb. Polis Rahim A.-nın saxlanılması üçün əməliyyata başlayıb.