Əhliman Əmiraslanov: “Hazırda pasiyentlərin hüquqları barədə qanun layihəsi diqqət mərkəzindədir”
“Milli Məclis əhalinin sağlamlığının qorunması istiqamətində kifayət qədər vacib qanunlar qəbul edib. Parlamentin Sosial siyasət komitəsi də bu yöndə çox uğurla çalışır və maraqlı qanun layihələrini müzakirələrə təqdim edir”.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanov deyib.
Ə.Əmiraslanov bildirib ki, indiyə qədər parlamentdə donor haqqında, dağınıq skleroz xəstələr, şəkərli diabet xəstələri ilə bağlı qanunlar qəbul edilib. Onun sözlərinə görə, hazırda pasiyentlərin hüquqları barədə qanun layihəsi diqqət mərkəzindədir. “Ümumiyyətlə, sosial məsələlərlə bağlı ciddi sənədlər qəbul edilib ki, bütün bunlar əhalinin rifahının yüksəlməsində müstəsna rol oynayır. Bu mənada səhiyyə sahəsində atılan addımları da xüsusi vurğulamaq lazımdır. Son illər səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Eləcə də, kadr potensialı əhəmiyyətli dərəcədə gücləndirilib. Bu gün Azərbaycan Tibb Universiteti yüksək ixtisaslı mütəxəssislər hazırlayır” – deyə, Ə.Əmiraslanov vurğulayıb.
Səxavət