2 Avqust 2018 14:58
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Gəncə şəhərində baş verdiyi iddia edilən qadının yandırılması videosu saxtadır, həmin hadisə Azərbaycanda baş verməyib.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin İnformasiya bölməsinin rəisi, polis polkovniki İlham Babayev bildirib.

O deyib ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən belə bir hadisə qeydə alınmayıb.

İ.Babayev mətbuatı bu kimi xəbərləri hazırlayarkən həssas yanaşmağa çağırıb.

Qeyd edək ki, yayılmış video görüntülərdə hicablı qadının dükanda bir kişi tərəfindən diri-diri yandırılması əks olunur. Bəzi xəbər saytları həmin hadisənin Gəncə şəhərində baş verdiyini iddia edib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər