4 Avqust 2018 12:35
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Hökuməti dövründə Seyid Cəfər Pişəvərinin katibəsi olmuş Xədicə Zəncani dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, Xədicə Zəncani avqustun 2-də doğulduğu Xalxal şəhərində vəfat edib. Mərhumun yas mərasimi cümə günü Xalxalın cümə məscidində keçirilib.

Qeyd edək ki, Xədicə Zəncani 1945-ci ildə Təbriz Universiteti fəaliyyətə başladığı zaman universitetin tibb fakültəsinin tələbələrindən olub. Azərbaycan Milli Hökuməti dövründə Xalxal Demokrat Qadınlar Dərnəyinin rəisi və hökumət başçısı Seyid Cəfər Pişəvərinin Xalxalda katibəsi vəzifəsində işləyib.

Xədicə Zəncani həyat yoldaşı Nuruş Şirvani edam olunduqdan sonra Pəhləvi rejimi tərəfindən həbs olunub, sonralar digər azərbaycanlı silahdaşları kimi İranın cənub bölgəsinə sürgün edilib.

Azərbaycanlı xanım sürgünlük müddəti bitdikdən sonra doğma şəhəri Xalxala dönüb və bu şəhərdə həkimlik peşəsi ilə məşğul olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər