7 Avqust 2018 09:19
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərininin Nizami rayonunda ümumi sahəsi 90 m2 olan talvarın altında dayanmış VAZ markalı minik avtomobilinin yük hissəsi, arxa oturacağı və "Chevrolet" markalı minik avtomobilinin mühərrik hissəsi, idarəetmə lövhəsi və qabaq təkərləri yanıb.

Teleqraf.com FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan tavanın lambirdən ibarət üzlüyü 5 m2 sahədə əriyib.

Talvarın və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər