23 Avqust 2018 10:06
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda hamilə qadın dünyasını dəyişib.

Hadisə Salyan şəhəri, Fikrət Zərgərli küçəsi, 203 ünvanında qeydə alınıb.

Belə ki, 8 aylıq hamilə olan 1998-ci il təvəllüdlü, Hökumə Oqtay qızı Məmmədova gecə saatlarında qəfil dünyasını dəyişib.

Yaxınları qadının epilepsiya xəstəliyindən əziyyət çəkdiyini bildiriblər. Həmin gecə də anidən epilepsiya xəstəliyi tutub və onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər