Bakıda intihar hadisəsi baş verib.
Badamdar qəsəbəsində yerləşən yeni tikilmiş 16 mərtəbəli binanın 7-ci mərtəbəsinin pilləkənindən asılmış kişi meyiti tapılıb. Hadisədən dəhşətə gələn bina sakinləri dərhal hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. İlkin araşdırmalar zamanı məlum olub ki, intihar edən şəxs 1972-ci il təvəllüdlü Babayev Araz Qədir oğludur. Onun Binəqədi rayonunda qeydiyyatda olduğu, amma həmin binadakı mənzildə kirayədə yaşadığı aydınlaşıb.
Bildirilir ki, A.Babayevin xeyli miqdarda borcu varmış və bu səbəbdən həyatına son qoyub.
Faktla bağlı araşdırmalar davam etdirilir.