30 Sentyabr 2018 14:14
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-Yorkda dünən gecə baş tutan konsert zamanı faciə yaşanıb.

Teleqraf.com xəbər verir ki, Mərkəzi Park-da keçirilən festivalında iştirak edən minlərlə insan məşhur müğənnilərin performansını izlədiyi anda silah səsləri eşidilib.

Silah səslərinin eşidilməsindən dərhal sonra insanlar bir-birini əzərək qaçmağa başlayıb. Bu zaman çoxlu sayda insan yaralanıb. Bəzi konsert iştirakçılarının “Silahlı hücum var” deməsi isə insanların daha da panikaya düşməsinə səbəb olub.

Hadisə yerinə dərhal Nyu-York polisi gəlib. Müğənni Kris Martin isə səhnəyə çıxaraq insanları sakitləçşdirməyə başlayıb. Bildirib ki, heç nə baş vermir, hər şey nəzarət altındadır.

Nyu-York polisi konsertdə təxribat yaradılmasına cəhdlə bağlı araşdırmalara başlayıb.

Onlarla şəxs isə yaralandığı üçün xəstəxanalara yerləşdirilib.


Müəllif: Cavad

Oxşar xəbərlər