Azərbaycan Liberal Partiyası İraqda yaşayan türkmənlərlə bağlı bəyanat yayıb.
Partiyandan Teleqraf.com-a verilən məlumata görə, bəyanatda bildirilir ki, ALP İraqın Kərkük bölgəsində yaşayan türkmənlərinin düşdüyü acınacaqlı vəziyyətdən son dərəcə narahatdır:
“Partiya hesab edir ki, Azərbaycan iqtidarı Kərkük türkmənlərinin hüquqlarının beynəlxalq hüquq normaları və İraqın ərazi bütövlüyü çərçivəsində müdafiə edilməsi üçün əlindən gələni etməlidir.
O cümlədən, Azərbaycan hakimiyyəti Kərkük türkmənlərinə hərtərəfəli humanitar yardım etməli, türkmən gənclərinin təhsil alması üçün xüsusi fəallıq göstərməli, onların dövləti hesabına Azərbaycan və başqa ölkələrin təhsil ocaqlarında təhsil alması üçün təsirli tədbirlər görməlidir”.
BƏXTİYAR