31 Oktyabr 2018 18:49
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyəli jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluq binasında boğularaq öldürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Baş Prokurorluğunun açıqlamasında deyilir.

Məlumatda o da qeyd olunur ki, qətldən sonra jurnalistin bədəni parçalara ayrılıb.

Xatırladaq ki, oktyabrın 2-də ər-Riyadın siyasətini tənqid etməklə tanınan C.Qaşıqçı Türkiyə vətəndaşı ilə nikahını rəsmiləşdirmək üçün sənədləri almaq məqsədilə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gedəndən sonra itkin düşüb. Bir neçə gün sonra Türkiyə polisi onun itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.

Oktyabrın 20-də isə Səudiyyə Ərəbistanı hakimiyyəti C.Qaşıqçının Baş konsulluqda münaqişə nəticəsində öldüyünü bəyan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər