Şirvan şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Əbilov Davuda məxsus fərdi yaşayış evində olub.
Yanğın ümumi sahəsi 180 m² olan evin 40 m²-ni əhatə edib.
Hadisə zamanı evdə nəzarətsiz qalan iki azyaşlı - 2013-cü il təvəllüdlü Əbilov Məmmədəli Ramil oğlu və 2015-ci il təvəllüdlü Əbilov Əliheybət Ramil oğlu tüstüdən boğularaq ölüb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürən avtomaşını və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb və evin digər hissəsi yanğından mühafizə olunub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.