Daxili İşlər Nazirliyi Pirallahı rayonunda baş verən dəhşətli qəza ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, hadisə dekabrın 1-də, saat 23 radələrində Pirallahı rayonunun Dübəndi qəsəbəsi ərazisində qeydə alınıb.
Zirə qəsəbə sakini Namiq Zülfüqarov idarə etdiyi “Chevrolet” markalı avtomobili yol ayırıcısına vurduqdan sonra yolun əks istiqamətinə keçərək qarşıdan gələn Xaçmaz rayon sakini Ümüd Alxasovun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub.
Nəticədə N.Zülfüqarov, sərnişinləri Şahin Qarayev, Anar Əliyev və Tərlan Cəlilov hadisə yerində ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Pirallahı rayon polis şöbəsində araşdırma aparılır.