Bakının Binəqədi rayonunda köşklərdən birinə basqın edilib.
Teleqraf.com xəbər verir ki, rayonun M.K.Atatürk prospektindəki köşklərdən birinə gələn üzü maskalı şəxs satıcını bıçaqla hədələyib.
Sonra oradan 1200 manat və tütün məmulatı aparıb.
Hadisə ilə bağlı 5-ci polis bölməsinə məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Əkbərov saxlanılıb.
İstintaq müəyyən edib ki, Zaur Əkbərov əvvəllər məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.