Dekbarın 5-də Bakı Nəqliyyat Agentliyinin dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşına qarşı kəsici-deşici alətlərlə hücuma cəhd edən Zahid Abbasov Agentliyə müraciət edib.
Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, törətdiyi hadisəni etiraf edən Zahid Abbasov əməlindən peşman olduğunu bildirib. Həmçinin, o, digər sürücüləri də yol hərəkəti qaydalarını pozmamağa çağırıb.