Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qobustan qəsəbəsində qeydə alınıb.
Qəsəbədə yaşayan bir qadının 2 min manat dəyərində olan boyunbağısı oğurlanıb.
Baş verən oğurluq hadisəsi ilə bağlı Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinə məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin oğlu Qiyas Balayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.