Bakıda itkin düşən Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı barəsində polisdə araşdırma aparılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, 1962-ci il təvəllüdlü Abdulla Səid Səlimin dekabrın 27-də saat 21 radələrində Fəvvarələr meydanında itkin düşməsi barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar təxirəsalınmaz əməliyyat tədbirlərinə başlanılıb.
9-cu polis bölməsi və Nəsimi rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əcnəbi vətəndaş dekabrın 29-da Nərimanov rayonu ərazisində yerləşən otellərin birində tapılıb.