Serbiya baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiç sentyabrın 9-10-da Azərbaycana səfər edəcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə Serbiyanın Azərbaycandakı səfirli məlumat yayıb. Səfər zamanı Azərbaycan və Serbiya arasında ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunacaq.
Diplomatik nümayəndəlikdən həmçinin deyiblər ki, İ.Daçiçin Azərbaycana səfəri çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın aktual məsələlərinin müzakirəsi gözlənilir. İşgüzar səfər zamanı İ.Daçiçin bir sıra yüksək vəzifəli şəxslərlə görüşləri nəzərdə tutulur. Hazırda səfərin proqramı dəqiqləşdirilir.
Qeyd edək ki, Serbiya və Azərbaycan ikitərəfli əlaqələri dinamik inkişaf edən strateji tərəfdaşlardır. Hazırda ölkələr arasında normativ-hüquq baza təqribən 30 sazişdən ibarətdir.
Səxavət