5 Fevral 2019 11:40
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda yanacaqdoldurma məntəqələrində cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, fevralın 1-də saat 23 radələrində Dəliməmmədli şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birinə dövlət qeydiyyat nişanları olmayan “Subaru” markalı avtomobilin sürücüsü gəlib.

O, məntəqədəki operatoru aldadaraq 90 manatını alıb.

Məntəqənin sahibi baş verən olayla bağlı fevralın 3-də Goranboy rayon polis şöbəsinə müraciət edib.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla Tovuz rayon sakinləri - “Subaru” markalı avtomobilin sürücüsü, əvvəllər məhkum olunmuş R.Quliyev və sərnişini İ.Həsənov oldurluqları üzə çıxıb.

Məlum olub ki, onlar avtomobilə 10 manat dəyərində yanacaq doldurub, xırda pullarının olmamasını əsas gətirərək 100 manat verəcəyini bildiriblər.

Onlar operatordan 90 manat alıblar. Amma 100 manatı vermədən oranı tərk ediblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən R.Quliyev və İ.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər