Siyəzən rayonunda ölümlə nəticələnən silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Qarasiyəzən yaşayış massivindəki qəbristanlıqda Elşən Qədirli və Asim Abdulov arasında mübahisə olub.
Nəticədə Asim Abdulovun odlu silahdan açdığı atəş nəticəsində Elşən Qədirlini vurub.
Elşən Qədirli hadisə yerində dünyasını dəyişib.
Hadisəni törədən şəxs Siyəzən rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin ehtimala görə, hadisə namus üstündə baş verib.
Belə ki, fevralın 10-da, gecə saatlarında Elşən Qədirli Asim Abdulovun evinə gəlib. O, Asimin evinin pəncərəni gizli döyüb.
Daha sonra oranı tərk edib. Elşən Qədirlinin bu hərəkətlərindən ev sahibi olan Asim Abdulov xəbər tutub. O, Elşən Qədirlini qəbristanlığa aparıb və orada güllələyib.
Faktla bağlı Siyəzən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq aparılır.