29 Aprel 2014 14:45
1 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq müdafiəçiləri dünən axşam saatlarında həbs olunan həmkarları Leyla Yunusla bağlı prezidentə müraciət hazırlayır.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, bu saatlarda hüquq müdafiəçilərindən Novella Cəfəroğlu, Arzu Abdullayeva, Səadən Bənəniyarlı, Əvəz Həsənov və digərləri Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin mənzil qərargahına toplaşaraq müzakirə aparırlar.

Məlumata görə, yaxın saatlarda hüquq müdafiəçilərinin adından prezident İlham Əliyevə müraciət olunacaq. Müraciətdə həbs edilən Leyla Yunusun şəkər xəstəsi olması, uzun illər hüquq müdafiəçiliyi ilə məşğul olması vurğulanacaq və bu işin prezident tərəfindən nəzarətə götürülməsi xahiş ediləcək. Hüquq müdafiəçilərinin prezidentdən Sülh və Demokratiya İnstitutunun direktoru, hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində dindirilən Leyla Yunusun azad edilməsini də xahiş edəcəyi gözlənilir.


Cavidan


Müəllif:

Oxşar xəbərlər