Bakının Binəqədi rayonunda cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir i, 40-cı polis bölməsinə müraciət edən Xocəsən qəsəbə sakini N.İsmayılov fevralın 11-də saat 22 radələrində qəsəbə ərazisindəki kafelərin birində naməlum şəxsin onun sifətinə yumruqla vuraraq 500 manatını aldığını bildirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Təmirazov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.