Kürdəmir rayonunda yol qəzası baş verib.
Hadisə Bakı-Qazax avtomobil yolunun 186-cı km-də, rayonun Çöhranlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Kürdəmir rayon sakini Füzuli Ata oğlu Əzimovun idarə etdiyi "Azərsu" ASC-yə məxsus "Mitsubishi" markalı pikapa dönmə əməliyyatı edərkən İlqar Məhəmməd oğlu Alıyevin idarə etdiyi sərnişin avtobusu çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyat vasitəsinə xeyli ziyan dəyib.