Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mağazaların birindən 480 manat oğurlanıb.
34-cü polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Z.Bayramova və M.Hüseynova saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.