Rusiyanın Ukraynanın şərqində törətdiklərini təcavüz adlandırmaq olar.
Teleqraf.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Polşanın baş naziri və Avropa İttifaqının növbəti prezidenti Donald Tusk İkinci dünya müharibəsinin 75 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, NATO dövlətləri bu həftə yeni siyasəti və Ukraynada baş verənlər nəzərdən keçirmək üçün Böyük Britaniyada toplaşacaqlar.
Xatırladaq ki, D.Tuskun Avropa İttifaqı Şurasının yeni prezidenti seçilib. O, dekabrın 1-də yeni postunda öz işinə başlayacaq.
Samir