Bakının Xətai rayonunda xuliqanlıq və soyğunçuluq cinayəti baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini olan bir yeniyetmə qızın küçədə döyülməsi barədə 36-cı polis bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini R.Xaşalov saxlanılıb.
Onun yanvarın 21-də daha bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə alması da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.