20 Mart 2019 11:15
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Fəlakət və Fövqəladə Hallar İdarəsi zəlzələ ilə bağlı rəsmi açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, Dənizlidə yerli vaxtla saat 09:34-də baş verən 5.5 bal gücündə zəlzələnin episentri Acıpayam bölgəsidir.

Qəndilli Zəzələ Araşdırmaları İnstitutunun məlumatına görə, zəlzələnin gücü 5.6 bal olub.

Acıpayam bələdiyyəsi insan tələfatı və dağıntıların olmadığını, tikililərin divarlarında çatlar yarandığını bildirib.

***

10:54

Türkiyədə güclü zəlzələ baş verib.

Teleqrafc.com türk mediasına istinadla xəbər verir ki, 5.5 gücündə zəlzələ İzmir, Dənizli və Antalyada hiss olunub.

Tələfat və dağıntılar barədə məlumat verilimir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər