Sumqayıt şəhərində 59 yaşlı qaynaqçı iş zamanı ölüb.
Hadisə "Beton zavod" adlanan ərazidə qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1960-cı il təvəllüdlü Sergey Nikolayeviç Sergeyevin həmin ərazidə qaynaq işləri apararkən anidən ürəyi dayanıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.