3 Sentyabr 2014 11:59
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifət Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahına toplanıb.

Teleqraf.com-un məlumatına görə, KXCP sədri Mirmahmud Mirəlioğlu deyib ki, gündəlikdəki təşkilati və hüquq müdafiə məsələlərinə baxılacaq.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn təklif edib ki, həbs olunan şəxslərlə bağlı müraciət hazırlansın və xəstə məhbusların müalicəsi məsələsi diqqətə alınsın.

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə söyləyib ki, müraciətdə xəstə məhbusların adları konkret qeyd edilsin.
Müzakirələrin nəticəsində partiya sədrləri bu istiqamətdə hökumətə müraciəti qəbul edib.

Qeyd edək ki, M.Mirəlioğlu və İ.Qəmbərin təşəbbüsü ilə bir sıra müxalifət partiyası KXCP-nin qərargahında toplanaraq müzakirələr həyata keçirir. Əvvəlki tədbirlərdə iştirak edən Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri Hacıbaba Əzimov budəfəki toplantıya qatılmayıb.

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.

Cavidan


Müəllif:

Oxşar xəbərlər