3 Sentyabr 2014 12:01
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cəbhəsi Partiyası razılaşdırılmış mitinqlərin keçirilməsinə start verir.

Teleqraf.com-un məlumatına görə, AXCP sədrinin müavini Nurəddin Məmmədli qeyd edib ki, partiyanın əksər rayon təşkilatları həbs olunan hüquq müdafiəçiləri və AXCP-nin Rəyasət Heyətinin üzvü Seymur Həzinin hüquqlarının qorunması istiqamətində mitinqlərin keçirilməsinə dair müzakirələrin başlanmasını dəstəkləyir.

Onun fikrincə, siyasi, iqtisadi və sosial tələblərlə aksiyalar keçirilməsi tələb olunur: “Bu aksiyaların yüksək səviyyədə alınmasının məsuliyyəti birinci növbədə, müxalifət güclərin təmsil olunduğu Milli Şuranın və ciddi və güclü strukturlara malik olan AXCP-nin üzərinə düşür. Qərar qəbul etmək asan, uğur qazanmaq isə çətindir. Ona görə də partiyanın bütün strukturları fəal iş rejiminə keçməlidirlər. Yaranmış tarixi imkanlardan maksimum səviyyədə bəhrələnməliyik”.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər