10 Aprel 2019 14:48
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Bakının Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumatda qeyd olunub ki, Bakı şəhərinin Nizami rayonunda Səhiyyə Nazirliyinin balansındakı, hər mərtəbəsi 1000 kv.m olan üçmərtəbəli xəstəxana (hazırda fəaliyyət göstərmir) binasının (məcburi köçkünlər məskunlaşıb) 3-cü mərtəbəsində dəhlizə yığılmış ev əşyaları 10 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri azyaşlı olmaqla 2 nəfər xilas edilib, 10 nəfər sakin təxliyə olunub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, hadisə nəticəsində 2 nəfər xəsarət alıb, xəsarət alan şəxslərdən birinə hadisə yerində, digərinə xəstəxanada ilkin tibbi yardım göndərilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər