Yevlax rayonun Hacimahmudlu Kənd sakini 2005-ci il təvəllüdlü Ziyafət Elnur qızı İsmayılova yaşadığı evdə cücə dərmanını duz bildiyindən yumurtanın üstünə səpərək yeyib.
Teleqraf.com xəbər verir ki, bir neçə saatdan sonra yeniyetmənin vəziyyəti pisləşib. Ağır dərəcədə zəhərlənən qız xəstəxanaya aparılarkən dünyasını dəyişib.