12 May 2019 10:25
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda avtomobil yanıb.

Teleqraf.com-un FHN-ə istinadla verdiyi məlumata görə, paytaxtın Yasamal rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi, salonu və yaxınlıqda "Hyundai" markalı minik avtomobilinin arxa hissəsi qismən yanıb.

Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com