8 Sentyabr 2014 13:57
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) avstriyalı jurnalist, “Die Presse” qəzetinin əməkdaşı Yutta Bauerə Azərbaycana səfər etmək üçün viza verilməməsi məsələsinə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, Yutta Bauer 2011-ci ildə Azərbaycanın razılığı olmadan Ermənistandan keçməklə işğal altında olan torpaqlara səfər edib.


Nazirlikdən onu da bildiriblər ki, Azərbaycanın Avstriyadakı səfirliyi artıq məsələ ilə bağlı məlumat verib.

Qeyd edək ki, jurnalist Azərbaycana səfər etmək üçün viza verilməməsini yazdığı tənqidi məqalələrlə əlaqələndirsə də, Azərbaycanın Avstriyadakı səfirliyi bu iddianı təkzib edib: "Yutta Bauer Azərbaycanın işğal altında olan ərazilərinə rəsmi Bakının icazəsi olmadan səfər etdiyinə görə adı “qara siyahı”ya əlavə olunub. O, yalnız Azərbaycandan bu hərəkətinə görə rəsmi üzr istəyəndən sonra viza ilə təmin oluna bilər".

Avstriya XİN-dən isə bildiriblər ki, jurnalistə viza verilməməsi Azərbaycanın səlahiyyətinə aid olan və qanunvericiliyi ilə tənzimlənən məsələdir.


Müəllif:

Oxşar xəbərlər