11 İyun 17:25

Bakıda yeznəsini öldürməyə cəhddə təqsirləndirilən Bəhram Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 21-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin noyabrında paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində 1985-ci il təvəllüdlü Elçin Məsimov evinin yaxınlığında qaynı, 1977-ci il təvəllüdlü Bəhram Yaqubovla mübahisə edib.

Onların mübahisəsi dava ilə nəticələnib. Bəhram Yaqubov Elçin Məsimova 7 bıçaq zərbəsi vurub.

Yaralı koma vəziyyətində 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.


Müəllif: Hacı Zeynalov